AZ

Tramp Ukraynanın NATO-ya daxil olması imkanını istisna etdi

BAKI, 18 avqust. TELEQRAF

Ukraynanın NATO-ya daxil olması imkansızdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Biz indi Ukraynaya heç nə vermirik, biz silah satırıq", - Vaşinqtonun Kiyevə daha nə qədər yardım göndərməyə hazır olduğu barədə sualı cavablandırarkən Tramp söyləyib.

O, həmçinin "atəşkəs istəmədiyini", əvəzində barışıq və uzunmüddətli sülh istədiyini bildirib.

"Mən ukraynalıları sevirəm, mən bütün insanları sevirəm, mən rusları sevirəm. Mən, bu müharibəni dayandırmaq istəyirəm", - ABŞ Prezidenti əlavə edib.

Seçilən
37
50
teleqraf.com

10Mənbələr