AZ

Süni intellektə maraqla bağlı milyardlarla dollar sərf edilir

2025-ci ilə olan vəziyyətə görə, süni intellekt sahəsində dəyəri 1 milyard dollardan artıq olan özəl şirkətlərin sayı 500-ə yaxınlaşıb.

Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, onların 100-ü son 2 ildə təsis olunub. Bu şirkətlərin ümumi dəyəri təxminən 2.7 trilyon dollardır. Onların arasında 100 şirkət artıq “unicorn” statusu alıb, baxmayaraq ki, onlar 2023-cü ildən sonra təsis edilib. Bu fakt investor marağının artması fonunda sektorun sürətlə böyüməsinə işarə edir. Süni intellekt sahəsində 1300-dən çox startapın dəyəri ən azı 100 milyon dollardır. Belə şirkətlər - Anthropic, OpenAI, Anysphere və Safe Superintelligence - son maliyyələşdirmə raundlarında böyük investisiyalar cəlb ediblər.

Bu razılaşmalar onların təsisçilərinin və əsas səhmdarlarının paylarının böyüməsinə səbəb olub, nəticədə bəziləri ən azı kağız üzərində artıq multimilyarderə çevriliblər. Dotcom dövrünün texnoloji boom-undan fərqli olaraq, bir çox müasir süni intellekt startapları daha uzun müddət özəl qalır və maliyyələşməni vençur fondlarından, suveren fondlardan və fərdi investorlardan alırlar. Səhmdarlar üçün likvidlik isə ikinci bazarlar, həmçinin birləşmə və alqı-satqı əməliyyatları vasitəsilə təmin olunur. Belə şirkətlərin əksəriyyəti ABŞ-ın qlobal texnoloji sənayesinin ənənəvi mərkəzi olan San-Fransisko bölgəsində cəmləşib.(lent.az)

Seçilən
17
10
olke.az

10Mənbələr