«Qarabağ»ın legioneri Marko Yankoviç və xanımının yeni videosu sosial şəbəkələrdə geniş yayılıb.
Monteneqrolu yarımmüdafiəçinin həyat yoldaşının geyimi böyük rəğbətlə qarşılanıb.
Belə ki, əsl şərq qadınları kimi geyinən əcnəbi xanıma izləyicilər tərəfindən xoş rəylər yazılıb.
Bu kadrlar «Şkendiya» ilə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunundan sonra çəkilib.
Görünür ki, Marko və həyat yoldaşı azyaşlı oğlu ilə söhbət edir, onu sakitləşdirməyə çalışır.
SPORTİNFO.AZ