“Liverpul”un sol müdafiəçisi Kostas Tsimikas komandadan ayrılmağa hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, Mersisayd klubu onu satışa çıxarıb, çünki baş məşqçi Arne Slot Tsimikası Miloş Kerkes və Endryu Robertsonun arxasında üstün tutur.
Hələlik alıcı tapılmadığı üçün “qırmızılar” tələbləri yumşaldaraq icarə variantlarını da nəzərdən keçirməyə hazırdır.
29 yaşlı yunan futbolçusu da oyun praktikası itirmək riskini nəzərə alaraq yeni mühitə keçmək istəyir. Tsimikas “Liverpul”da 2020-ci ildən çıxış edir. Transfermarkt saytına görə, müdafiəçinin qiyməti 18 milyon avrodur və müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.