AZ

Onun yerinə hücumçu axtarırlar - TƏCİLİ!

“Napoli”nin hücumçusu Romelu Lukaku “Olimpiakos”la yoxlama görüşündə budundan zədə alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İtaliya klubunun rəhbərliyi belçikalı futbolçunun yerinə fəal şəkildə hücumçu axtarışındadır.

“Napoli” Lukakunun zədəsinin əvvəllər düşünüldüyündən daha ciddi olduğunu hesab edir. Forvard iki həftədən üç aya qədər sıradan çıxa bilər.

Bu səbəbdən, transfer pəncərəsi bağlanana qədər komanda heyətini gücləndirməlidir.

Bu yay hücumçular Covanni Simeone və Cakomo Raspadori neapolluları tərk edib.

A Seriyasının yeni mövsümü avqustun 23-də başlayacaq.

Seçilən
15
50
sportinfo.az

10Mənbələr