AZ

"Qarabağ"ın ÇL oyununu "Sea Breeze"də izləmək üçün pulsuz avtobuslar ayrıldı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Ferentsvaroş"la səfər oyununu "Sea Breez"də izləmək mümkündür. 

Fanat.Az xəbər verir ki, komandamızın Macarıstandakı görüşünü "Sea Breeze Resort"da seyr etmək üçün sözügedən məkana ödənişsiz avtobuslar təşkil olunub.

Bu barədə "seabreezeresortbaku" "Instagram" səhifəsi üzərindən məlumat paylaşıb.

"Dəyərli azarkeşlər, əziz Qarabağsevərlər!
Komandamızın səfər həyəcanını - «Ferensvaroş» - «Qarabağ» matçını Sea Breezdə - gerçək stadion atmosferində yaşamaq üçün ödənişsiz avtobuslar təşkil olunub. Sən də bizə qoşul, futbol həzzini birlikdə yaşayaq! Giriş ödənişsizdir 

Avtobusların hərəkət cədvəli:
⏰ 19:45–21:30 — 📍“Koroğlu” metro stansiyası (Alov parkı tərəfi) → SEA BREEZE Resort
⏰ 00:45–02:30 — 📍SEA BREEZE Resort → “Koroğlu” metro stansiyası (Alov parkı tərəfi)".

 

Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferentsvaroş” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
39
fanat.az

1Mənbələr