Əgər işəgötürənin ehtiyacı yerli əmək ehtiyatı hesabına ödənilə bilirsə, əcnəbiyə iş icazəsi verilməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Bu müddəa daxili əmək bazarının qorunmasına xidmət edir.
Qeyd edək ki, bu hal yüksəkixtisaslı miqrantların ailə üzvlərinə aid deyil.