"Əlbəttə, Kristian Kamtanın gedişi bizim üçün ciddi itkidir".
Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqa təmsilçisi "Difai"nin baş məşqçisi Araz Bağırov deyib.
Bu yay "fədailər"in "sükanı arxası"na keçən mütəxəssis "Sabah"ın 20 yaşlı nigeriyalı hücumçusu Timilehin Oluvaseunu heyətə qatmaq üçün hərəkətə keçdiklərini təsdiqləyib: "Bəli, hazırda onun agenti və klubu ilə danışıq aparılır. Nəyin necə olacağını zaman göstərəcək".
Xatırladaq ki, kamerinlu hücumçu Kamta azad agent qismində İraqın "Al-Karh" klubuna keçmək üçün "Difai"yə 10 min dollar ödəyib.
Nihat