AZ

Şəhidlər xiyabanında qeyri etik videolar çəkən əcnəbilərə cinayət işi açılıb

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Avqustun 17-də 3 nəfər əcnə­bi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çək­dikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin mət­buat xidmətindən bildirilib ki, araş­dırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıq­ları müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəllə­sinin 245-ci (Qəbir üzərində təhqi­redici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Başlanan cinayət işi üzrə istin­taq hərəkətləri davam etdirilir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
xalqqazeti.az

2Mənbələr