AZ

"Starlink" xidmətində qlobal səviyyədə nasazlıq baş verdi

Dünyanın bir çox yerindən istifadəçilər amerikalı milyarder və sahibkar İlon Maskın "Starlink" peyk internet xidmətindəki nasazlıqlardan şikayətləniblər.

Publika.az xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları sübut edir.

Ən çox şikayətlər ABŞ-dan gəlib. Böyük Britaniya, Almaniya, Kanada və Meksikada da problem yaşandığı bildirilib.

İstifadəçilər internetə çıxışda problem olduğunu yazıblar. Bəzi istifadəçilər isə siqnalın zəif olduğunu qeyd ediblər.

Xatırladaq ki, "Starlink"də sonuncu kütləvi nasazlıq iyulun 24-də baş verib və təxminən 2,5 saat davam edib.

Seçilən
25
8
publika.az

9Mənbələr