AZ

ABŞ-nin Ukraynaya silah tədarükü NATO vasitəsilə davam edəcək

ABŞ-nin Ukraynaya silah tədarükü davam edəcək və onların pulunu NATO-nun Avropa tərəfdaşları ödəyəcək.

“Report”un xəbərinə görə, bunu NATO-nun baş katibi Mark Rutte “Fox News” telekanalına müsahibəsində deyib.

O, ABŞ Prezidenti Donald Trampla razılaşdırılmış yeni sxemdən danışıb.

"Yaxşı xəbər odur ki, Prezident Tramp mənim vasitəmlə NATO-dakı avropalı tərəfdaşları ilə razılaşıb ki, NATO-nun Avropadakı tərəfdaşları Amerika silahlarının tədarükü üçün pul ödəsin. Bu, Amerikanın orta sinfi, eləcə də Ukrayna üçün yaxşı xəbərdir, çünki bu, ABŞ-dən Ukraynaya ölümcül silah axınının davam edəcəyi anlamına gəlir", - Rutte bildirib.

O qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması üçün dönməz yol var, lakin hazırda onun alyansa üzvlük məsələsi müzakirə olunmur.

Seçilən
24
2
report.az

3Mənbələr