AZ

Zelenski Putinlə istənilən formatda görüşə hazır olduğunu bildirib

Vaşinqton, 19 avqust , AZƏRTAC

Rusiya Ukraynaya ikitərəfli, ardınca isə üçtərəfli görüş təklif edib. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Putinlə istənilən formatda görüşə hazır olduğunu bildirib. Ukrayna lideri ilk görüşün necə keçəcəyindən asılı olaraq növbəti üçtərəfli görüşdə də iştirak edəcəyini bildirib.

Zelenski deyib ki, təklif olunan ikitərəfli görüşün təfərrüatlarını bilmir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
23
6
azertag.az

7Mənbələr