Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl cəfat edən valideynləri ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, aparıcı onlar üçün darıxdığını bildirib.
“Can ata… Evimdə otura bilmirəm… O mətbəxə girə bilmirəm… Sizdən sonra sevdiyim yeməkləri bişirə bilmirəm. Anam məni danlayırdı ki, yorma özünü” deyə, aparıcı paylaşımında yazıb.
Qeyd edək ki, aparıcının atası Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xoşqədəmin anası Ofeliya Baxşəliyeva da uzun sürən xəstəlikdən sonra vəfat edib.
