Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən S.S.in (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 21 fevral 2024-cü il tarixdə, saat 12 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, S.S. rayon ərazisində yerləşən kafelərin birində mətbəxində onunla eyni obyektdə xadimə kimi çalışan zərərçəkmiş M.M-in (adı, soyadı şərtdir) ilə mübahisə edib. O, ucadan səs-küy salaraq zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək onun sifət nahiyəsindən qəsdən vurub və burun sümüyü sındırıb.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Kamal Məmmədov