AZ

ABŞ-nin Ukraynaya silah tədarükü NATO ölkələri vasitəsilə davam edəcək - Rutte

BAKI, TurkicWorld

ABŞ silahının Ukraynaya tədarükü davam edəcək, onun tədarükü NATO-nun avropalı tərəfdaşları tərəfindən ödəniləcək.

TurkicWorld-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte "Fox News"a müsahibəsində ABŞ prezidenti Donald Trampla razılaşdırılmış yeni sxemi açıqlayıb.

"Yaxşı xəbər budur ki, prezident Tramp mənim vasitəmlə Avropadakı NATO tərəfdaşları ilə razılığa gəlib aparıb ki, Amerika silahlarının tədarükü üçün Avropadakı NATO tərəfdaşları ödəyəcək. Bu, Amerikanın orta sinfi, eləcə də Ukrayna üçün yaxşı xəbərdir, çünki bu, ABŞ-dan Ukraynaya ölümcül silah axınının davam edəcəyi anlamına gəlir", - deyə M.Rutte bildirib.

Seçilən
22
2
turkic.world

3Mənbələr