AZ

“Aston Villa” 50 milyonluq hücumçunu istəyir

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Çelsi"nin hücumçusu Nikolas Cekson karyerasını başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, 24 yaşlı seneqallı ilə "Aston Villa" maraqlanır. Futbolçu ilə "Bavariya" da maraqlanır.

Qeyd edək ki, Cekson 2024/25 mövsümündə "Çelsi"nin heyətində bütün turnirlərdə 37 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
sport24.az

1Mənbələr