AZ

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

APA xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib.

Belə ki, Elvin Əlimərdanov idarə etdiyi “KİA RİO” markalı avtomobillə hərəkətdə olan zaman yolun sərt döngəsində idarəetməni itirərək ağaca çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
18
9
apa.az

10Mənbələr