AZ

Azərbaycanın xam neft ixracından gəlirində böyük azalma

2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycandan 13 milyard 139 milyon 24 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 85 milyon 242 min dollar və ya 7,6% azdır. Azalma xam neft satışından daxil olan valyuta məbləğinin düşməsilə əlaqədardır. 

Marja.az-ın Dövlət Gömrük Komitəsinin aylıq statistikalarına əsasən apardığı hesablamaya görə, xam neft ixracı dəyər ifadəsilə 1 milyard 565 milyon 706 min dollar və ya 17% azalaraq 7 milyard 660 milyon 230 min dollara düşüb.

Təbii qaz ixracı isə 513 milyon 345 min dollar və ya 10,8% aratarq 5 milyard 269 milyon 112 min dollar təşkil edib. 

Xatırladaq ki, 2024-ci ilin ilk 7 ayı ərzində Azərbaycandan 14 milyard 224 milyon 266 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümələdən 9 milyard 225 milyon 936 min dollarlıq xam neft və 4 milyard 755 milyon 767 min dollarlıq təbii qaz ixrac edilmişdi. 

Azərbaycan ixracı neft-qaz sektoru xam neft ixracı təbii qaz ixracı Dövlət Gömrük Komitəsi ixrac statistika Azərbaycan iqtisadiyyatı neft ixracı 2025 qaz ixracı 2025 enerji ixracı Azərbaycan ticarət balansı neft qiymətləri qaz qiymətləri enerji sektoru xarici ticarət neft gəlirləri qaz gəlirləri ixrac azalması ixrac artımı Marja.az xəbəri
Seçilən
65
marja.az

1Mənbələr