AZ

“Azəraqrartikinti”nin mənfəəti 4 dəfəyə yaxın azalıb

“Azəraqrartikinti” ASC 2024-cü ili 1 milyon 259 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 4 milyon 533 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın azalmadır.

Kommersant.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 11 milyon 736 min manat (əvvəlki ilə nisbətən 2.4 dəfə az) təşkil edib.

Hesabat dövründə “Azəraqrartikinti” ASC-nin cəmi aktivləri 59 milyon224 min manat olub ki, bu da 2023-cü ilə nisbətən 17% artımdır. Şirkətin kapitalı 40 milyon 745 min manat, cəmi öhdəlikləri 18 milyon 480 min manat olub.

Seçilən
8
1
kommersant.az

2Mənbələr