Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.
M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, “Şərq-Qərb” marşrutu ticarət üçün mühüm platforma ola bilər.
Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.