AZ

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanılıb

Xocavənd rayonunun Qırmızı Bazar ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb.

Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
Seçilən
31
35
7news.az

10Mənbələr