AZ

Zelenskinin ərazi mübadiləsi ilə bağlı mövqeyi ortaya çıxdı: Belə razılaşıb

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsindən imtina etməyib.

Bu barədə Avropa rəsmilərinə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Onların sözlərinə görə, Zelenski mübadilə imkanını rədd etməyib, lakin “əhali köçürməyin çətin olacağını” vurğulayıb, həmçinin Ukrayna Konstitusiyasındakı qadağalara da toxunub. Eyni zamanda, “proporsional mübadilələrə” razı olduğunu deyib.

Bundan əvvəl Zelenski ərazi məsələsinin onunla Rusiya prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini bildirib.

Bir gün əvvəl WSJ məlumat yaymışdı ki, Kiyev Rusiya ordusunun tutulan bölgələr üzərində nəzarətinin tanınması məsələsinə baxmağa hazırdır. Eyni zamanda, məlumatlara görə, Ukrayna Rusiya üçün bu ərazilərin hüquqi tanınmasını təmin etməyə hazır deyil.

Publika.az

Seçilən
12
2
editor.az

3Mənbələr