AZ

Saatlıda maşın kanala aşdı - xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Saatlı rayonunun Kamallı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

News365.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili su kanalına düşüb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

    Seçilən
    4
    20
    news365.az

    10Mənbələr