AZ

Xameneyinin baş müşaviri: İran və  İsrail arasında yeni müharibə hər an mümkündür 

İranın ali rəhbəri Əli Xameneyinin köməkçisi və hərbi məsələlər üzrə baş müşaviri Yəhya Rəhim Səfəvi deyib ki, İran diplomatik, media, raket, dron və kiber hücum sistemlərini və strategiyasını gücləndirməlidir.

O əlavə edib: “Biz indi atəşkəsdə deyilik, biz müharibədəyik; bu məsələ istənilən vaxt həll oluna bilər. Bizimlə ABŞ və İsrail arasında heç bir protokol, qayda və saziş imzalanmayıb”.

Onun fikrincə, daha bir müharibənin başlanması ehtimalı var və bundan sonra bəlkə də müharibə olmayacaq.

Sitat: “Biz hərbçilər orduda ssenarilər yaradırıq, ən pisini görürük və onu planlaşdırırıq”.

Seçilən
3
veteninfo.az

1Mənbələr