AZ

SEPAH mediası yenidən nüvə təhdidlərinə başlayıb 

SEPAH-a bağlı sosial media hesabları yenidən nüvə silahı ilə bağlı təhdid xarakterli paylaşımlar etməyə başlayıb.

Vətəninfo.az xəbər verir ki, bu dəfə “Daily Iran News” adlı SEPAH-a yaxınlığı ilə tanınan media kanalı “X” hesabında “İran tezliklə nüvə gücünə çevriləcək. Siz bizimləsinizmi?”, deyə, paylaşım edib.

Bəzi analitiklər qeyd ediblər ki, beynəlxalq hüquq və diplomatik normalara zidd olan bu cür ritorika bölgədə gərginliyin artmasına səbəb ola bilər.

Seçilən
7
veteninfo.az

1Mənbələr