AZ

Əməkdar müəllimə ağır itki üz verib

Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdlü yazıçı- publisist Səxavət Tağların qardaşı Tağıyev Hasil Feyruz oğlu dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, Hasil Tağıyev 10 may 1962-ci il tarixdə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakultəsini bitirib. Kənd klubunun müdiri,  Mədəniyyət və İstirahət Parkını direktoru, Ekskursiya və Turizm Mərkəzinin direktoru, İmişli rayon Mədəniyyət və Türizm Şöbəsinin müdiri və Mədəniyyət Nazirliyi yanında Elmi Metodik Mərkəzin  şöbə müdiri vəzifələrində işləyib.

Son illər Qaydış İçtimai Birliyinin sədri idi. Təşkilatçılığı ilə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi və Şəhidlərimizin qəhrəmanlığını əks etdirən 10 film çəkilib. Onun haqq dünyasına qovuşması mədəniyyət və incəsənət üçün bir itkidir.

Allah rəhmət eləsin!

Seçilən
3
modern.az

1Mənbələr