AZ

Yeni təyin olunan səfir bu deputatın qohumudur

Modern.az saytına istinadən ain.az xəbər verir.

Slovakiyanın Azərbaycana təyin etdiyi yeni səfir artıq ölkəmizdə fəaliyyətə başlayıb.

Modern.az-ın məlumatına görə, yeni təyin olunan səfir Elçin Qasımovun etimadnaməsini ötən gün Prezident İlham Əliyevə təqdim edib.

Qeyd edək ki, Slovakiyanın yeni səfiri əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.

Diplomatik fəaliyyətə başlamazdan əvvəl Slovakiya Respublikasının Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışıb. "Unikal" bildirir ki, yeni səfir Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.

O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub. E.Qasımovun atası professor Cəlal Qasımov Azərbaycanın Slovakiyadakı fəxri konsuludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
8
modern.az

10Mənbələr