Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
News24.az-ın məlumatına görə, hadisə avqustun 17-də rayonun Kür qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini 1970-ci il təvəllüdlü Nazilə Zakir qızı Hüseynova yaşadığı evin hamam otağında yüksək təzyiqdən yıxılıb.
N.Hüseynova xəstəxanaya yerləşdirilisə də, avqustun 18-də ölüb.
Məsələ ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Aqil Qarayev