AZ

Azərbaycan – Ukrayna oyununun biletləri satışda

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində təşkil olunacaq Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, satış “iticket.az” vasitəsi ilə həyata keçiriləcək.

Qiymətlər kateqoriyalara uyğun olaraq 5, 7, 10, 20, 30 və 200 manatdır.

Azarkeşlər biletləri, həmçinin satış məntəqələrindən də əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Seçilən
50
11
idman.biz

10Mənbələr