AZ

Rusiyada diaspora rəhbəri olan iş adamı Ərşad Xankişiyev vətəndaşlıqdan çıxarılıb

Çelyabinsk vilayətinin azərbaycanlı icmasının rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından çıxarılıb.

AzPost bildirir ki, bu barədə məlumatı rus mediası yayıb.

FSB-nin qərarı ilə Xankişiyevin pasportu ləğv edilib və onun Rusiyaya girişinə icazə verilməyib.

Xankişiyev tanınmış iş adamı və restavratordur. O, Fruktdom MMC, Fruit House MMC, Nar Sharab MMC və Kaspiy MMC şirkətlərinin təsisçisi və sahibidir. O, həm də “Azərbaycan” Çelyabinsk regional sosial-hüquqi ictimai təşkilatının rəhbəri və “Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının (RPA RNCA AZERÇEL) sədri olub.

Xatırladaq ki, bundan əvvəl Moskva vilayətinin Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilib. Bundan başqa, Voronejdəki ən böyük bazarın sahibi Yusif Xəlilov, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, eləcə də Şıxlinskinin oğlu həbs edilib.

AzPost.az

Seçilən
46
azpost.info

1Mənbələr