Goranboy rayonunun Səfikürd kəndində 11-ci sinif şagirdi itkin düşüb. Bu barədə kənd sakinləri məlumat verib.
Moderator.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Ümid İsayev avqustun 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda 17 yaşlı yeniyetmədən heç bir xəbər yoxdur.
Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırıldığı bildirilir.