AZ

ABŞ səlahiyyətliləri İntel-də pay almaq üçün Çiplər Aktından vəsait istifadə edə bilər

Finss.az  xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-ın Çiplər Aktı çərçivəsində Amerika yarımkeçirici sənayesinin inkişafı üçün ayrılan vəsaitdən Intel korporasiyasının payını almaq üçün istifadə etmək imkanını nəzərdən keçirir.

Agentliyin mənbələri qeyd edir ki, Ağ Ev bu resurslardan istifadə etməklə Intel-də payın alınması xərclərinin ən azı qismən maliyyələşdirilməsini müzakirə edir. Onlar vurğulayırlar ki, bu məsələnin müzakirəsi ilkin xarakter daşıyır və administrasiya başqa variantları da nəzərdən keçirə bilər.

Intel artıq milyardlarla dollar qrant aldığı Çiplər Aktının əsas benefisiarıdır. Xüsusilə, şirkətə kommersiya yarımkeçirici əməliyyatlarının inkişafı üçün 7,9 milyard dollar və Pentaqon üçün çiplərin istehsalı layihəsi üçün təxminən 3 milyard dollar ayrılıb.

Seçilən
380
7
fins.az

10Mənbələr