AZ

"Flik xüsusi məşqçidir" - Raşford almanın tərifini göyə qaldırdı

"Barselona"nın hücumçusu Markus Raşford Kataloniya klubunun almaniyalı baş məşqçisi Hans-Diter Flik haqqında fikirlər səsləndirib. 

Fanat.Az xəbər verir ki, ingilis forvard "Diario Sport"-a belə danışıb: 

"Flik çox ünsiyyətcil və xüsusi məşqçidir. Bu, bir çox gənc futbolçular üçün çox vacibdir. O, hansı oyunçu ilə necə işləməyi dəqiq bilir". 

Xatırladaq ki, "Barselona" ötən mövsüm La Liqa çempionu olub. Kataloniyalılar ölkə çempionatının yeni mövsümünün ilk turunda "Malyorka"nı 3:0 hesabı ilə məğlub edib.

Mirağa

Seçilən
49
8
fanat.az

9Mənbələr