AZ

67.5 % insan istifadə etdiyin suyun mənbəyi barədə məlumatsızdır- STM

Bakı sakinlərinin 67.5 %-i istifadə etdiyin suyun mənbəyi barədə məlumatsızdır. Bu barədə Sosial Tədqiqatlar Mərkəzi (STM) sorğusunda bildirilib.

Sorğuda iştirak edənlərin 56 %-i yaşadığı evə (mənzilə) suyun gündəlik olaraq daimi rejimdə verildiyini bildirib. 

Respondentlərin 39.3 %-i suyun fasiləli olaraq, yəni müəyyən qrafiklə verildiyini bildirib. 4.7 % ümumiyyətlə evinə su verilmədiyini bildirib.

Ümumi sorğu iştirakçılarının 62.8 %-i suyun verilmə təzyiqindən razı olduğunu, 36.3 %-i razı olmadığını bildirib.

Su təchizatındakı fasilələr səbəbindən, sakinlərin 52.1 %-i su tədarükü məqsədilə fərdi su çənindən və ya hovuzlardan, eləcə də 38.8 %-i fərdi su nasoslarından istifadə edir. Fərdi nasoslardan istifadə səviyyəsi həyət evləri üzrə 63.1 %, yeni tikili bina evləri üzrə 19 %, köhnə tikili bina evləri üzrə 23.3 %-dir.

Paytaxt sakinlərinin 46.4 %-i suyun keyfiyyətindən razı, 48.2 %-i narazıdır. Respondentlərin 5.4 %-i bu barədə rəy bildirməkdə çətinlik çəkib. 

Respondentlərin 35.4 %-i içmək məqsədilə birbaşa kran suyundan, 34.9 %-i qablaşdırılmış sudan, 26.3 %-i isə filtrlənmiş kran suyundan, 3.4 %-i digər mənbələrdən istifadə etdiyini bildirib.

Sorğu iştirakçılarının 87.2 %-i gündəlik işlərində suya daim qənaət etdiyini, 10.7 %-i bəzən qənaət etdiyini bildirib. 2.1 %-i ümumiyyətlə buna diqqət etmədiyini qeyd edib.

Aytac

 

Seçilən
17
1
anews.az

6Mənbələr