AZ

Azər Salahlı: Düşünürəm ki, bu istiqamətdə düzgün yoldayıq və...

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Oyun ümumilikdə bərabər səviyyədə keçdi. Hər iki komanda müəyyən epizodlarda təhlükə yarada bildi. Düşünürəm ki, ikinci hissədəki qol epizodlarımız daha real idi və əgər həmin imkandan düzgün yararlana bilsəydik, hesab fərqli ola bilərdi. Təbii ki, nəticəyə görə təəssüfləndik". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"bin futbolçusu Azər Salahlı deyib.Təcrübəli futbolçu mövsümün ilk oyununda "Turan Tovuz"a məğlub olduqları oyun haqda fikirlərini bölüşüb:"Yeni formalaşan komandamız var və düşünürəm ki, bu mərhələdə bizə bir qədər zaman lazımdır. Bəzi çatışmazlıqlarımız mövcuddur, amma üzərində sistemli şəkildə çalışırıq və zamanla bunları aradan qaldıracağımıza inanıram. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna maksimum nəticə əldə etmək üçün çıxırıq. Əsas hədəfimiz Premyer Liqada sabit mövqe tutmaq və imkan daxilində turnir cədvəlində yuxarı pillələrə yüksəlməkdir. Bu məqsədə çatmaq üçün bütün komanda olaraq əzmlə çalışırıq. Düşünürəm ki, bu istiqamətdə düzgün yoldayıq və qarşıya qoyduğumuz hədəflərə nail olacağımıza inanıram".Salahlı növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyundan gözləntilərini də bölüşüb:"Rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara eyni səviyyədə ciddi yanaşır, eyni konsentrasiyada hazırlaşırıq. "Neftçi" ilə qarşılaşma da istisna deyil. Məqsədimiz "Turan Tovuz"la oyunda yol verdiyimiz səhvləri təkrarlamamaq və görüşdən sərfəli nəticə ilə ayrılmaqdır".Qeyd edək ki, "İmişli" mövsümün ilk turunda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
sport24.az

2Mənbələr