AZ

Emin Əfəndi Rusiyaya buraxılmadı

“Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

Editor.az  Olay.Az-a istinadla xəbər verir ki, ötən günlərdə Rusiyada yaşayan azərbaycanəsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.

Əvvəlcə ona – “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün səni Rusiyaya buraxmırıq”, – deyilsə də, məsələnin məğzi başqa olub.

Belə ki, müxtəlif illərdə jurnalist və aparıcılıq fəaliyyəti ilə məşğul olan Emin Əfəndi son illər “Telegram” kanalında aktivlik göstərir. Siyasi, mədəni və digər sahələrlə bağlı şərhləri ilə diqqət çəkir.

Eminin ölkəyə buraxılmama səbəbi isə şəxsi “Telegram” kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub. Onun söylədiyi həqiqətlər “qonşu”larımızı qıcıqlandırıb.

“Ən maraqlısı budur ki, Azərbaycanda Rusiyanın özündə olduğundan daha çox ruslara hörmət var.

Bax, biz bunu qoruyuruq və qorumağa davam edəcəyik. Çünki bizdə “hörmət” təkcə sözlə deyil, əməllə ölçülür”, – deyə Emin iyulun 22-də “Telegram” kanalında yazıb.

O, həmçinin iyulun 29-da “Dream Fest”lə bağlı paylaşım edərək rusiyalı ulduzların tədbirdə iştirak etməməsi barədə bu fikirlərə yer verib:

“Builki “Jara”, yəni “Dream Fest” rusiyalı ulduzlardan və Rusiya şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldular.

Nə olursa, olsun, bizimkilər “şimallılardan” geri qalmırlar. Üstəlik, bu sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də, ümumiyyətlə, bütün sahələrdə”.

Emin Əfəndi açıqlamasında faktı təsdiqləyib.

Seçilən
3
33
editor.az

10Mənbələr