Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Vaşinqtonda keçirilən görüşlərdən fotolar paylaşıb.
Modern.az-ın məlumatına görə o, bildirib ki, Vaşinqtonda ABŞ prezidenti və Avropa liderləri ilə mühüm danışıqlar olub.
"Bu, həqiqətən də müharibənin dayandırılması, Ukraynanın və xalqımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım idi. Biz artıq təhlükəsizlik zəmanətlərinin konkret məzmunu üzərində işləyirik. Bu gün biz liderlər səviyyəsində koordinasiyanı davam etdiririk. Müzakirələr olacaq, biz müvafiq formatları hazırlayırıq. Sabah da işimizi davam etdirəcəyik. Milli təhlükəsizlik müşavirləri də hazırda daimi əlaqədədirlər. Təhlükəsizlik zəmanətləri olacaq.
Bütün tərəfdaşlarımıza qətiyyət və dəstəyə görə təşəkkür edirəm. Ukrayna bu gücü hiss edir. Biz sülhə gedən yolun reallığa çevrilməsi üçün hər şeyi edəcəyik - tərəfdaşlıq, təhlükəsizlik zəmanətləri və Ukrayna xalqının cəsarəti vasitəsilə", - paylaşımda deyilir.