"Ferentsvaroş" Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı "Qarabağ"a qarşı təxribatçı əməlinə görə üzr istəyib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, səhv dərhal aradan qaldırılıb:
"Bu, onların səhvidir. Özlərinə bildirdik və dərhal dəyişdilər.
Eyni zamanda baş vermiş halla əlaqədar bizdən rəhbərlik səviyyəsində üzr istədilər".
"Ferentsvaroş" Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribata yol verib.
Budapeşt təmsilçisinin rəsmi saytında "Qarabağ" Ermənistan çempionu kimi təqdim olunub.
"Ferentsvaroş" və "Qarabağ" arasında avqustun 19-da "Qrupama Arena"da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab görüşünün start fiti saat 23:00-da çalınacaq.