AZ

"Qarabağ"ın "Macarıstandakı oyununa azərbaycanlıların marağı böyükdür

"Macarıstanda yaşayan azərbaycanlılar "Qarabağ"ın bu ölkədə "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa böyük maraq göstərirlər".
 
Bu barədə Moderator.az-a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
 
Onun sözlərinə görə, Macarıstadakı Azərbaycan Evinin rəsmiləri dünən komandanın açıq məşqini də izləyiblər:
 
"Onlar bu gün oyuna gələcəklərini bildirdilər. Bizim sektora 400 civarında bilet satılıb. Bu rəqəmin axşama doğru daha da artacağı gözlənilir".
 
Qeyd edək ki, bu gün keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
 
Seçilən
16
1
moderator.az

2Mənbələr