AZ

A Seriyasının ən sürətli futbolçusu İngiltərə klubuna keçib

İtaliyanın "Verona" klubunun futbolçusu Cekson Çaçua İngiltərə təmsilçisi "Vulverhempton"a keçib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqa komandası məlumat yayıb.

23 yaşlı sağ cinah müdafiəçisi ilə "5+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, kamerunlu futbolçu 2024/2025 mövsümündə A Seriyasının ən sürətli oyunçusu (36,3 km/saat sürətə çatıb) mükafatını qazanıb. O, 36 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
1
report.az

1Mənbələr