AZ

"UEFA Superkuboku oyununa təyinat aldığım üçün sevindim" - Elçin Məsiyev

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Superkuboku oyununa təyinat aldığı üçün çox sevinib.
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın FIFA referisi Elçin Məsiyev Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən UEFA Superkuboku matçında dördüncü hakim funksiyasını yerinə yetirməsi ilə bağlı danışarkən deyib.
 
Ədalət təmsilçisi bunun onun üçün gözlənilməz olduğunu söyləyib:
 
"Superkubok görüşünə təyinat aldığım zaman çox sevindim. Tofiq Bəhramovdan sonra bir azərbaycanlı hakimin final oyununu idarə etməsi qürurvericidir. Belə bir matça təyinat almaq gözlənilməz idi. Finalda iştirak etmək, yüksək səviyyədə təşkil olunmuş qarşılaşmada iş başında olmaq çox fərqli bir hiss idi. İnanıram ki, bu təcrübə gələcəkdə də inkişafıma töhfə verəcək. Həmçinin əminəm ki, gənc hakimlərimiz üçün də bu, yaxşı stimul olacaq".
 
Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. PSJ penaltilər seriyasında rəqibini üstələyərək mükafata sahib çıxıb.
Seçilən
19
3
moderator.az

6Mənbələr