Oxu.az saytına istinadən ain.az xəbər verir.
Türkiyə Superliqasının I turunda "Göztəpə" ilə qarşılaşmada 90+5-ci dəqiqədə penalti fürsətini qaçıran Anderson Taliska "Fənərbağça" rəhbərliyinin və azarkeşlərin "qara siyahısı"na düşüb.
Oxu.Az "Ntvspor"a istinadən xəbər verir ki, klubun baş məşqçisi Joze Mourinyo da braziliyalının göstərdiyi oyundan razı deyil.
Məlumatda qeyd olunur ki, "Fənərbağça" azı altı əcnəbi futbolçu ilə yollarını ayırmağa hazırlaşır və Anderson Taliska da həmən siyahıdadır.
Qeyd edək ki, A.Talişka cari ilin yanvar ayında "Ən-Nəsr"dən ayrılaraq "Fənərbağça" ilə 1.5 illik müqavilə imzalayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.