İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Erik Bayi İspaniya təmsilçisi "Real Ovyedo"ya keçib.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi məlumat yayıb.
31 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, azad agent kimi bu komandaya keçib.
Bayi 2016-2023-cü illərdə "Mançester Yunayted"də 70 matçda meydanda olub. O, Türkiyədə "Beşiktaş", Fransada "Olimpik" (Marsel), İspaniyada "Espanyol" və "Vilyarreal" klublarının da formasını geyinib.