AZ

Məşhur aparıcı konsertdə qarət edildi

Ukraynalı məşhur blogger və aparıcı Aline Şamanskaya ABŞ-da, Las-Veqasda qarət edilib. Vətəninfo.az xəbər verir ki, o, bu barədə öz Instagram hesabında məlumat verib.

Şamanskaya bildirib ki, o, Las-Veqasda bir konsertə qatılıb və şou başa çatdıqdan sonra çantasının yoxa çıxdığını fark edib. Çantasında təxminən 2 min dollar pul, bütün sənədləri və 10 illik ABŞ vizası olan xarici pasportu ilə yanaşı, mikrofon da olub.

Blogger, “Konsertin sonunda başa düşdüm ki, məni soyublar! Çantamı, pulumu (təxminən 2 min dollar) və bütün sənədlərimi, o cümlədən ABŞ vizalı xarici pasportumu, mikrofonumu oğurlayıblar”, – deyə yazıb.

Seçilən
10
veteninfo.az

1Mənbələr