AZ

Zelenski: Təhlükəsizlik zəmanətlərinin konkret məzmunu hazırlanır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi üçün təhlükəsizlik zəmanətləri üzərində işin davam etdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün Telegram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, 18 avqustda Vaşinqtonda ABŞ prezidenti və Avropa liderləri ilə əhəmiyyətli danışıqlar keçirilib. O bildirib ki, görüşlər Ukraynada müharibənin başa çatdırılması və ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım olub.

“Artıq təhlükəsizlik zəmanətlərinin konkret məzmunu üzərində işləyirik. Bu gün liderlər səviyyəsində koordinasiya davam edir, müzakirələr aparılır, uyğun formatlar hazırlanır. Sabah da işi davam etdirəcəyik. Milli təhlükəsizlik üzrə müşavirlər daimi əlaqədədir. Təhlükəsizlik zəmanətləri olacaq”, – Zelenski vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr