AZ

Britaniyalı tennisçi 30 yaşında karyerasını bitirib

Britaniyalı tennisçi Kayl Edmund karyerasını başa vurub.

"Report" Peşəkar Tennis Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda dünya reytinqində 14-cü pillədə qərarlaşan idmançı 30 yaşında bu addımı atıb.

O, son beş ildə əməliyyatların və digər xəsarətlərin ona zərər verdiyini bildirib.

Qeyd edək ki, Kayl Edmund 2018-ci ildə Avstraliya Açıq çempionatında yarımfinala yüksəlib. O, Endi Marreydən sonra bunu bacaran ikinci britaniyalı tennisçi olub. İdmançı 2020-ci ildən sonra üç diz əməliyyatı keçirib və uzun müddət sıradan çıxıb.

Seçilən
9
1
report.az

2Mənbələr