AZ

"Küçədə tumanla gəzmək olar?! - Aqil Abbas həbs olunan turistlər barədə DANIŞDI

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən məkanda qəbuledilməz hərəkətlər etdikləri görünür. İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb. 

Məsələyə millət vəkili Aqil Abbas da reaksiya verib. Deputat News24.az-a açıqlamasında bildirib ki,  Azərbaycan polisi həmin əmələ hüquqi qiymət verəcək:

"Qəbri təhqir etmək Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Hər hansı cəzanın verilməsi isə artıq məhkəmənin səlahiyyətindədir. Bu kimi hallar cəmiyyətə mənfi təsir edir. Şəhidlərin bizim xalqın yaddaşında danılmaz yeri var. Onlara qarşı olunan hörmətziliyi bağışlaya bilmərik. Biz özümüz də xaricə gedəndə müəyyən qaydalara əməl etməli oluruq. Buna görə Azərbaycana gələn qonaqlar da buradakı qaydalara riayət etməlidirlər. Amma bəzən biz də xaricdə bəzi qaydaları pozuruq".

Aqil Abbas hesab edir ki, turistlərin ölkəyə gəlişinin qarşısını almaq olmaz, lakin onların davranış qaydaları barədə məlumatlandırılması vacibdir:

"Turizm Agentliyi bu məsələdə daha fəal olmalıdır. Xaricilər bizim mentaliteti, milli və mənəvi dəyərlərimizi nəzərə almalıdırlar. Küçədə tumanla gəzmək olmaz axı! Mən bunları qısa deyirəm, amma əsas odur ki, hər bir turistə əvvəlcədən təlimat verilməlidir. Bu, təkcə ərəblərə yox, istənilən ölkədən gələn turistlərə şamil edilməlidir. Turizm ölkənin inkişafı və beynəlxalq təbliğatı baxımından mühüm əhəmiyyət kəsb edir".

Aqil Qarayev

Seçilən
17
2
news24.az

3Mənbələr