AZ

Qərb Ukraynanın müdafiəsini gücləndirmək üçün zəmanətlər hazırlayır

ABŞ və Avropa ölkələri Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üzərində dərhal işə başlayacaq. Bu barədə Bloomberg anonim mənbələrə istinadən məlumat yayıb.

Editor.az xəbər verir ki, mənbələrin sözlərinə görə, sözügedən zəmanətlər Ukrayna Silahlı Qüvvələrinin və müdafiə imkanlarının gücləndirilməsinə yönələcək. Burada hərbi qüvvələrin sayının məhdudlaşdırılması kimi şərtlərin tətbiqi nəzərdə tutulmur.

Qərb tərəfdaşlarının əsas məqsədi mümkün atəşkəs razılaşması çərçivəsində Rusiyanın Ukrayna ordusunun sayının azaldılması ilə bağlı tələblərinin qarşısını almaqdır.

Məlumatda həmçinin qeyd olunur ki, təhlükəsizlik zəmanətləri üzərində razılıq əldə olunması Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün yolunu aça bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr