"Verona"nın futbolçusu Cekson Çaçua karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, sağ cinah müdafiəçisi "Vulverhempton"a transfer olunub.
Məlumatı "canavralar"ın rəsmi saytı yayıb.
Premyer Liqa klubu 23 yaşlı kamerunlu oyunçu ilə 5+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Çaçua ötən mövsüm A Seriyasının ən sürətli oyunçusu (36,3 km/saat sürətə çatıb) mükafatını qazanıb. O, 36 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.