AZ

Polşada 275 milyon dollarlıq dövriyyəsi olan narkokartel ləğv edilib

Polşa polisi Avropada fəaliyyət göstərən və bir-biri ilə əlaqəsi olan narkotik qaçaqmalçılığı şəbəkələrinin ləğv edildiyini elan edib: 275 milyon dollar dəyərində narkotik vasitə ələ keçirilib.

Bu barədə Bakues.az Polşa Mərkəzi Təhqiqatlar Bürosuna (CBSP) istinadən xəbər verir.

CBSP-dən bildirilib ki, cinayətkar qrupların əsasını İspaniyada yaşayan polyaklar təşkil edib. İstintaq zamanı 600 kiloqram marixuana, 180 kiloqram həşiş, 40 kiloqram amfetamin sulfat, həmçinin yeddi odlu silah və bir neçə yüz patron götürülüb.

Əsas qrup Avropanın bir sıra regionlarında, ilk növbədə İrlandiya, Almaniya, Avstriya və Skandinaviyada narkotik alveri ilə məşğul olub.

İstintaq bir sıra Avropa İttifaqı ölkələrinin hüquq-mühafizə orqanları ilə birgə aparılıb.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 50 milyon zlotidən (13,7 milyon ABŞ dolları) çox olan əmlak, həmçinin dəbdəbəli saatlar və avtomobillər müsadirə ediblər.

170-dən çox şəxsə qarşı ittiham irəli sürülüb ki, onlardan 110-dan çoxu müxtəlif vaxtlarda həbs edilib. İstintaq davam edir. Ayrı-ayrı işlər ittiham hökmü ilə bağlanır.

Artıq ilk hökmlər çıxarılıb, həbs müddəti 10 ildən artıqdır.

Seçilən
9
5
icma.az

6Mənbələr